Şahmat Olimpiadası təxirə düşdü

İdman

25.03.2020 - 04:28

Tarixdə ilk dəfə baş tutması nəzərdə tutulan Şahmat Paralimpiadası da təxirə salınıb

 

Bu il keçirilməli olan Şahmat Olimpiadası təxirə salınıb. AYNA xəbər verir ki, bu barədə FİDE qərar verib.

 

Qurum Rusiyanın paytaxtı Moskvada təşkil olunmalı yarışı 2021-ci ilə qədər təxirə salıb. Buna koronavirus pandemiyası səbəb olub.

 

Qeyd edək ki, avqustun 6-17-də baş tutması planlaşdırılan yarışın açılış mərasimi Xanti-Mansiyskdə, qarşılaşmaları isə Moskvada təşkil olunmalı idi.

 

Tarixdə ilk dəfə baş tutması nəzərdə tutulan Şahmat Paralimpiadası da təxirə düşüb.

Müəllif: Ayna.az