Avropa Liqasının daha 2 oyununa koronavirus əngəli

İdman

12.03.2020 - 03:08

Koronavirusla bağlı olaraq bir sıra tədbirlər təxirə salınıb 

 

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından ikisi koronavirusun yayılma təhlükəsi ilə əlaqədar azarkeşsiz keçiriləcək.

 

AYNA-nın məlumatına görə, bunlar LASK (Avstriya) - "Manşester Yunayted" (İngiltərə) və "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) matçlarıdır.

 

UEFA-nın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir: "Müvafiq hökumət orqanlarının koronavirusa qarşı qərarlarına uyğun olaraq, Avropa Liqasının daha 2 görüşü qrafiklə, amma bağlı qapılar arxasında təşkil olunacaq".

 

Oyunlar martın 12-də keçiriləcək.

 

Qeyd edək ki, daha əvvəl UEFA Avropa Liqasının "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) qarşılaşmaları təxirə salınıb. "Roma" təyyarəsinin İspaniyaya enişinə icazə verilməməsi səbəbindən "Sevilya" ilə 1/8 final mərhələsinin ilk oyununa yollana bilməyib.

Müəllif: Ayna.az