“Qarabağ”ın potensial rəqibi müəyyənləşib

İdman

01.09.2020 - 15:40

Ağdam təmsilçisi “Ferentsvaroş” - “Dinamo” Zaqreb cütünün qalibi ilə qarşılaşa bilər

 

Sentyabrın 1-də UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. AYNA xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin üçüncü təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ” klubu Norveçin “Mölde” komandası ilə qarşılaşacaq.

 

Ağdamlılar bu oyunda qalib gələcəyi təqdirdə “Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi qarşılaşacaqlar.

 

Pley-off mərhələsinin ilk matçları sentyabrın 22-də və 23-də adları birinci göstərilən komandaların meydanında, cavab qarşılaşmaları isə sentyabrın 29-da və 30-da oynanılacaq.

Müəllif: Ayna.az