“Barselona” darmadağınla zirvəyə yüksəldi

İdman

30.10.2019 - 05:46

İspaniya La Liqasında XI tur başlayıb

 

Turun ilk günündə 2 matç keçirilib. AYNA xəbər verir ki, “Atletiko” səfərdə “Alaves”lə görüşüb. Madrid təmsilçisi hesabı açdığı qarşılaşmada xal itirib – 1:1.

 

“Barselona” evdə “Valyadolid”i qəbul edib. Darmadağınla qələbə qazanan meydan sahibləri liderliyə yüksəliblər.

 

Qeyd edək ki, turun digər matçları oktyabrın 30-31-də keçiriləcək.

İspaniya La Liqası


XI tur


29 oktyabr


“Alaves” – “Atletiko” – 1:1
Peres, 83 – Morata, 70


“Barselona” – “Valyadolid” – 5:1
Lenqle, 2, Vidal, 29, Messi, 34, 75, Suares, 77 – Olivas, 15

 

Müəllif: Ayna.az