Klub keçmiş baş məşqçisi Vitor Pereyra ilə yenidən anlaşıb
Türkiyənin “Fənərbağça” futbol klubu keçmiş baş məşqçisi Vitor Pereyra ilə yenidən anlaşıb. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, portuqaliyalı mütəxəssisin son iş yeri Çin Superliqasının “Şanxay Port” komandası olub.
Qeyd edək ki, bundan öncə Pereyra 2015-2016-cı illər mövsümündə “Fənər”i çalışdırıb.