"Keşlə"yə iki oyunçu transfer olunub

İdman

08.07.2019 - 20:53

Hər iki futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ildir

 

"Keşlə" Futbol klubu yay fasiləsində daha iki futbolçunun kluba gətirib.

 

AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi cinah müdafiəçiləri - İlkin Qırtımov və Emin Mehdiyevlə müqavilə imzalayıb. Hər iki futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ildir.

 

Qeyd edək ki, "Keşlə" bunadək Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizov və Stanislav Namaşko ilə müqavilə bağlayıb.

Müəllif: Ayna.az