22 yaşlı hücumçu ilə 5,5 illik müqavilə imzalanıb
İspaniyanın "Sevilya" klubu yeni transferini açıqlayıb.
AYNA xəbər verir ki, əndəlüsiyalılar "Leqanes"in hücumçusu Yusif Ən-Nəsirini transfer edib. 22 yaşlı hücumçu ilə 5,5 illik müqavilə imzalanıb. "Sevilya" bu keçid üçün 20 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, "Leqanes" Mərakeş millisinin üzvünü 2018-ci ildə "Malaqa"dan 6 milyon avroya transfer etmişdi.