Məşqçilik kursları “Zoom”la həyata keçiriləcək

İdman

19.08.2020 - 06:14

Məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək

 

AFFA məşqçi kurslarını onlayn şəkildə həyata keçirəcək. AYNA xəbər verir ki, avqustun 24-dən 26-dək AFFA tərəfindən “Zoom” proqramı vasitəsilə Bakı şəhərində UEFA-nın “B” və AFFA-nın “C” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək.

 

Qeyd edək ki, kursda iştirak etmək üçün C lisenziyasına görə 100, B lisenziyasına görə 300 manat tələb olunur. Ödəniş nağd və ya köçürmə yolu ilə həyata keçirilə bilər.

Müəllif: Ayna.az