Avropada daha bir çempionatın bərpa tarixi açıqlanıb

İdman

19.05.2020 - 02:27

Qərar yüksək liqada çıxış edən klubların birgə razılığı ilə qəbul olunub

 

Koronavirus pandemiyası səbəbindən dayandırılan Yunanıstan Superliqasının bərpa tarixi açıqlanıb.

 

AYNA-nın yerli futbol federasiyasının rəsmi saytına istinadən məlumatına görə, çempionat iyunun 6-da qaldığı yerdən davam etdiriləcək.

 

Qərar yüksək liqada çıxış edən klubların birgə razılığı ilə qəbul olunub.

 

Qeyd edək ki, Yunanıstan Superliqasında mövsümün normal hissəsi artıq başa çatıb. İlk "6-lıq"da qərarlaşan komandalar - "Olimpiakos", PAOK, AEK, "Panatinaikos", "Aris" və OFİ pley-offda mübarizə aparacaqlar.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə