Milli komandaların iyundakı oyunları təxirə salındı

İdman

02.04.2020 - 05:18

Koronavirus təhlükəsinə qarşı tədbirlər davam etdirilir 

 

UEFA iyunda oynanılması planlaşdırılan milli komandaların oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb.

 

AYNA xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. 

 

UEFA-nın bugünkü videokonfransında yığmaların iyundakı matçlarının ikinci xəbərdarlığa kimi təxirə salınması ilə bağlı qərar verildiyi vurğulanıb.

Müəllif: Ayna.az