Həmin şəxsləri 8-25 il aralığında həbs cəzası gözləyir
Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündə 7 nəfər ittiham olunur. AYNA "Marca" nəşrinə istinadən xəbər verir ki, veteran futbolçunun ölümü ilə bağlı araşdırma aparan Buenos Airesin San İsidro qəsəbəsi prokurorluğu 7 tibb işçisini ittiham edib.
Prokurorluq həmin şəxslərin ölkə xaricinə çıxışını yasaqlayıb.
Nəşrdə yayımlanan xəbərə görə, mayın 31-də izahat verməyə başlayacaq 7 nəfərin hamısı Maradonanın müalicə prosesində iştirak ediblər. Bunlar tibb işçiləri Rikardo Omar Almiron, Dahiana Gisela Madrid, onların koordinatoru Mariano Perroni, psixoloq Karlos Angel Diaz, psixiatrist Aqustina Cosaşov, Maradonanın beyin cərrahı Leopoldo Luque və əfsanəvi futbolçunun xəstəxanaya aparılma prosesinə rəhbərlik edən Nansi Forlinidir.
Əməlləri sübuta yetirilərsə, qəsdən adam öldürməyə görə, onları 8-25 il aralığında həbs cəzası gözləyir.
Prokurorluğun iddiasına görə, futbolçunun müalicəsi ilə məşğul olan səhiyyə işçilərinin işi yetərsiz olub və onlar Maradonun səhəttini şansa buraxıblar.
Qeyd edək ki, Maradona ötən ilin noaybrında ürək tutmasından dünyasını dəyişib.