“Manchester Siti” “Arsenal”ı minimal hesabla məğlub edib

İdman

22.02.2021 - 03:32

Mançester təmsilçisi 59 xalla liderliyini davam etdirir

 

İngiltərə Futbol Çempionatının 25-ci turunda “Mançester Siti” səfərdə “Arsenal”ı (1-0) məğlub edib. AYNA xəbər verir ki, oyunda yeganə qolu 2-ci dəqiqədə Rahim Sterlinq vurub.

 

Bununla da, "Mançester Siti" turnir cədvəlində komanda 59 xalla liderliyini davam etdirir.

 

Klub ikinci yerdə olan "Lester" komandasını 10 xal qabaqlayır.

Müəllif: Ayna.az