Azərbaycanda üç futbolçu koronavirusa yoluxub

İdman

22.11.2020 - 20:47

Virusa yoluxan oyunçular “Neftçi” və “Keşlə” klublarında top qovurlar

 

Azərbaycanda üç futbolçusu koronavirusa yoluxub. AYNA-nın xəbərinə görə, “Neftçi” futbol klubunun hücumçusu Mirabdulla Abbasov və “Keşlə” klubunun oyunçuları Vüsal İsgəndərli ilə Rəhman Hacıyev COVID-19-a yoluxublar.

 

Onların virusa yoluxmasını “Neftçi”nin baş məşqçisi Samir Abbasovla “Keşlə”nin çalışdırıcısı Yunis Hüseynov bu gün keçirilən oyunsonrası mətbuat konfransında bildirib.

 

Qeyd edək ki, daha əvvəl mətbuata “Qarabağ”dan Maksim Medvedev, Rahil Məmmədov, “Sabah”dan Təmkin Xəlilzadə və “Neftçi”dən Emin Mahmudovun koronavirusa yoluxduğu bəlli olmuşdu.

Müəllif: Ayna.az