Dünya mətbuatında Bakıdakı tədbirlə bağlı 37 mindən çox məlumat dərc olunub

İdman

03.10.2019 - 16:41

Nigar Arpadarai: “Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün bilet satışına bu ayın sonunda start veriləcək”

 

Bu gün Bakı Şəhər Halqası (BŞH) yeni mövsümə start verib. AYNA xəbər verir ki, media nümayəndələri ilə görüşən BŞH-nın Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, ötən illə müqayisədə sponsorlardan gələn vəsaitin məbləği 50 faiz artıb.

 

“Bu, ötən mövsümlə müqayisədə 10 faiz çoxdur. Dünya üzrə 2019-cu ildə Bakıda keçirilən yarışla bağlı 37 mindən çox xəbər dərc olunub və bu məlumatların media dəyəri 131 milyon dollar təşkil edir”, - o bildirib.

 

Arpadarainin sözlərinə görə, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisində 13 min işçi çalışıb: “Onu da əlavə edim ki, Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün bilet satışına bu ayın sonunda start veriləcək”.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5-7 iyunda keçiriləcək.

Müəllif: Ayna.az