“Neftçi” və “Qarabağ”dan nümunəvi addım

İdman

01.11.2019 - 20:57

Həkimlər Klinikalar SEO Xidməti

Futbolçular "Sevildiyiniz qədər sevin!" yazılmış mayka geyiniblər

 

"Qarabağ" və "Neftçi" komandaları X turun açılış oyununa talassemiya xəstəliyindən müalicə olunan uşaqlarla çıxıblar.

 

AYNA xəbər verir ki, üzərində "Sevindirdiyiniz qədər sevin!" şüarı yazılan plakat tutan futbolçular və hakimlər meydana xüsusi qoruyucu maska ilə gəliblər. Onlar həmçinin "Sevildiyiniz qədər sevin!" yazılmış mayka geyiniblər. "Neftçi"nin kapitanı Emin Mahmudov oyunçular adından dəstək nitqi söyləyəndən sonra matça start verilib.

 

Qeyd edək ki, "Bakcell Arena"da saat 20:00-da başlayan görüşdə hələlik hesab açılmayıb.

 

Müəllif: Ayna.az