“Yuventus” finala yüksəlib

İdman

13.06.2020 - 04:25

Qarşılaşma qolsuz başa çatıb

 

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı bəlli olub.

 

AYNA xəbər verir ki, yarımfinalın cavab matçında "Yuventus" "Milan"ı qəbul edib.

 

Qarşılaşma qolsuz başa çatsa da, Turin təmsilçisi səfərdə keçirilən ilk matçda qeydə alınan 1:1 hesablı nəticəyə görə finala adlayıb.

 

Qeyd edək ki, digər yarımfinal görüşündə "Napoli" "İnter"lə üz-üzə gələcək.

Müəllif: Ayna.az