“Bloomberg”: İran nefti anbardan çıxarmağa tələsir - FOTO

Dünya

21.06.2025 - 09:36

cedabet dərman SEO Xidməti

Tehran bir tərəfdən ehtiyatlarını azaltmağa, digər tərəfdən isə risklərin artması səbəbindən daha çox yanacaq satmağa çalışır

İsrailin davam edən hücumları fonunda İran nefti anbardan çıxarmağa tələsməyə başlayıb. Tehran bir tərəfdən ehtiyatlarını azaltmağa, digər tərəfdən isə risklərin artması səbəbindən daha çox yanacaq satmağa çalışır. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” peyk görüntülərinin təhlilinə əsaslanaraq yazıb.

Agentlik qeyd edir ki, hazırda İranın neft yataqları rəvan işləyir və anbardan tankerlərə yüklənmə sürətlə artmağa başlayıb.

"Limanlardan neft okean tankerlərinə tökülür və bu, hətta tədarükün kəsilməsi halında belə gəlirlərə - ən azı müəyyən müddətə - zəmanət verir. Daşınmaların kəskin artmasına baxmayaraq, ölkənin Xarq adasındakı ən mühüm ixrac terminalının çənləri xam neftlə dolub-daşır", “Bloomberg” yazıb.

“TankerTrackers.com”un məlumatına görə, İran İsrailin iyunun 13-dən vurduğu zərbələrin başladığı beş gün ərzində gündə orta hesabla 2,33 milyon barel neft ixrac edib ki, bu da iyunun 14-nə qədər olan orta illik 1,61 milyon bareldən 44 faiz çoxdur.

Xüsusilə, qiymət artımını nəzərə alsaq (müharibə başlayandan bəri Brent nefti təxminən 70 dollardan 77 dollara qalxdı və ticarət zamanı 79 dollara qədər yüksəldi) nəzərə alınmaqla, əhəmiyyətli dərəcədə daha çox həcmdə ixrac qısa müddətdə nəinki daha çox pul qazanacaq, Tehran həmçinin İsrailin terminala zərbə endirəcəyi təqdirdə itki riskini azaltmağa ümid edir. İyunun 13-dən əvvəl tankerlər adətən yükləmək üçün adanın yaxınlığında lövbərdə gözləyirdilər, lakin indi onlar adadan çox uzağa yayılıb, yalnız neft götürmək və terminalı mümkün qədər tez tərk etmək üçün gəlirlər.

“Bloomberg”: İran nefti anbardan çıxarmağa tələsir -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş