Yevlaxda evdə yanğın olub

Hadisə

21.06.2025 - 22:49

cedabet dərman SEO Xidməti

Bir nəfər xəsarət alıb

Yevlax şəhərində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 12 otaqlı evin yeddi otağının yanar konstruksiyaları 200 m² sahədə yanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan dam örtüyünün taxta atmaları 7 m² sahədə qarsalanıb. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş