Prokurorluqda qulluqda olmanın yaş həddi 65-ə qaldırılır

Xəbərlər

21.06.2025 - 20:18

cedabet dərman SEO Xidməti

 “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif edilən dəyişiklik müzakirə edilib

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılır. AYNA.AZ xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdan 65 yaşa qaldırılır.

Hazırda qüvvədə olan qanuna görə, prokurorluqda qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq 65 yaşadək uzadıla bilərdi.

Hazırda yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Təklif olunan dəyişikliyə görə, Hazırda yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) son yaşa görə pensiya hüququna malik olacaqlar.

O cümlədən prokurorluq işçisinin qulluq keçməsinə xitam verilməsinə dair əsaslar sırasına prokurorluqda qulluqda olmanın son yaş həddinə çatma əlavə edilir.

Qeyd edilib ki, dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.

Bu qanun qüvvəyə mindiyi gün prokurorluqda qulluqda olan və həmin gündən sonra prokurorluğa qulluğa qəbul edilən prokurorluq işçilərinə şamil ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş