Yağış yağacağı, leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var
Bakı və Abşeron yarımadasında sentyabrın 3-də bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində
Şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Sentyabrın 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti təşkil edəcək.