Həmyerlimiz Ukrayna polisini döyüb

Hadisə

23.07.2019 - 15:30

Mübahisədə iştirak edən hər iki azərbaycanlı saxlanılıb

 

Ukraynada Azərbaycan vətəndaşı polis əməkdaşını döyüb. AYNA oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev polisi məlumat yayıb.

 

Yol polisi əməkdaşı hadisə zamanı vəzifə başında olmasa da, azərbaycanlı sürücüyə yol hərəkəti qaydalarını pozması ilə bağlı irad tutub, eyni zamanda öz avtomobili ilə soydaşımızın idarə etdiyi maşının qarşısını kəsib. 

 

Mübahisəyə daha bir azərbaycanlı qoşulub, sürücünün yaxın qohumu olan bu şəxs polisə bir neçə zərbə vurub.

 

Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun qapalı kəllə-beyin travması aldığı bildirilir. Mübahisədə iştirak edən hər iki azərbaycanlı saxlanılıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə