Bakıda və Abşeron yarımadasında sabaha gözlənilən hava şəraiti açıqlanıb
İyunun 26-da hava dəyişkən buludlu, yağmursuz olacaq. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-26, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 30-35 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyunun 26-da hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti təşkil edəcək.