Qəza nəticəsində ərazidə hər iki istiqamətdə sıxlıq yaranıb
Bu gün, təxminən saat 12 radələrində, paytaxtın Ziya Bünyadov prospektində, Çerment körpüsünün üstündə yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəza nəticəsində qeyd edilən ərazidə hər iki istiqamətdə sıxlıq yaranıb. Sıxlıq hazırda da davam edir.