Üç rayonda yanğın

Hadisə

27.11.2019 - 13:34

Hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub

 

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 100 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bakı şəhərinin Xəzər rayonunda da yanğın olub. Ümumi sahəsi 85 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin mətbəxində 2 m² sahədə mebel və 1 ədəd məişət avadanlığı yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Zaqatala rayonunun Lahıc kəndində isə, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə