Zəhərlənən qızların son vəziyyəti

Hadisə

23.11.2019 - 11:12

BDU-nun zəhərlənən tələbələri ilə bağlı yeni məlumat yayılıb

 

“Zəhərlənən tələbələrin vəziyyəti stabil olaraq qalır”

 

AYNA xəbər verir ki, bu sözləri Lent.az -a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. 

 

O bildirib ki, tələbələrin vəziyyəti yaxşılaşmağa doğru gedir: “Onların reanimasiyada müayinələri davam edir. Həmçinin tələbələrin bir neçə günə evə buraxılması gözlənilir”.

 

Qeyd edək ki, tələbələr Quliyeva Dilrubə və İbadova Həmidə qidadan zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onlarla eyni otaqda qalan və zəhərlənən Şəkər Xasmətovanın isə meyiti aşkarlanıb. 

 

Müəllif: Ayna.az