Quterreş: “İran və İsrail arasında münaqişənin genişlənməsinə imkan verməməliyik”

Dünya

21.06.2025 - 08:15

cedabet dərman SEO Xidməti

"Bu münaqişənin genişlənməsi heç kimin idarə edə bilməyəcəyi yanğına səbəb ola bilər”

BMT-nin baş katibi Antonio Quterreş bəyan edib ki, İsrail və İran arasında münaqişənin genişlənməsinin qarşısını almaq lazımdır. AYNA.AZ xəbər verir ki, baş katib bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu münaqişə dinc əhali arasında ölüm və yaralanmalara, evlərin və mülki infrastrukturun dağıdılmasına, nüvə obyektlərinə hücumlara səbəb olur.

"Bu münaqişənin genişlənməsi heç kimin idarə edə bilməyəcəyi yanğına səbəb ola bilər. Biz buna yol verə bilmərik", - baş katib qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş