"BMT bütün ölkələrin tam nüvəsizləşdirilməsinə dair razılaşmanı təşviq etməlidir”
İyunun 20-də Venesuela Prezidenti Nikolas Maduro Birləşmiş Millətlər Təşkilatından (BMT) İrana hücum edən İsraili tərksilah etmək üçün tədbirlər görməyi tələb edib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
Madurio bəyan edib ki, İsrail İrandan belə güclü hərbi cavab gözləmirdi, baxmayaraq ki, İranın hücuma məruz qalan tərəf kimi özünümüdafiə hüququ var.
"BMT bütün ölkələrin tam nüvəsizləşdirilməsinə dair razılaşmanı təşviq etməlidir. İsrailin nüvə silahı var. Bu o deməkdir ki, o bütün nüvə başlıqlarını məhv etməlidir. Baxmayaraq ki, İsrail nüvə silahına malik olduğunu təsdiqləmir", - siyasətçi çıxışı zamanı deyib.
Bolivar Respublikasının lideri əlavə edib ki, İsrailin hərəkətlərindən sonra dünyada İran haqqında yalanlar yayılmağa başlayıb: "Bu gün dünya anladı ki, hətta çox çətin şəraitdə də İran İsrailin Baş naziri Benyamin Netanyahudan üstündür. İran beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququna malikdir".