Merkuris: “Zelenski Rusiya ilə sülh danışıqlarını poza bilər”

Dünya

15.11.2026 - 17:47

“Ukrayna lideri münaqişənin davam etməsindən faydalanır”

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh danışıqlarını poza bilər. Çünki Ukrayna lideri münaqişənin davam etməsindən faydalanır”. AYNA.AZ xəbər verir ki, bu fikirləri britaniyalı hərbi ekspert Aleksandr Merkuris “YouTube” kanalında deyib.

"Şübhələnirəm ki, nə vaxtsa o, Ukrayna danışıqçılarını geri çağırmaq və bununla da dialoqa son qoymaq qərarına gələcək. Əbu-Dabidə və daha sonra Kremldə baş tutan danışıqlardan sonra onun danışıqları pozmaq ehtiyacı əslində zərurəti daha da kəskinləşib", - deyə o bildirib.

Eyni zamanda, analitik hesab edir ki, Zelenski danışıqlardan imtina edərsə, Avropa onu dəstəkləyəcək və belə bir nəticədən rahatlayacaq.

10 və 11 noyabr tarixlərində Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında danışıqlar aparılıb. Tərəflər Ukraynadakı münaqişənin həlli və Avropada təhlükəsizlik sistemi ilə bağlı fikir mübadiləsi aparıblar.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Ukraynadakı münaqişənin həlli üçün üçtərəfli danışıqların yeni mərhələsi yaxın gələcəkdə baş tuta bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş