Əsgərlərin azadlığa buraxılması Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə Sənada baş tutub
Yəməndəki husilər əsir götürülmüş 600 hökumət əsgərini birtərəfli qaydada azad ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə "Əl-Masirah" Husi Məhbusları İşləri Komitəsinə istinadən məlumat yayıb.
Təşkilatın rəhbəri Əbdülqadir əl-Murtadanın sözlərinə görə, bu, 2015-ci ildən - münaqişənin başlanmasından bəri ən böyük birtərəfli əfvdir və ümumilikdə husilərlə Yəmən hökuməti arasındakı münaqişə zamanı oxşar təşəbbüslər nəticəsində 2612 nəfər azadlığa buraxılıb.
Əsgərlərin azadlığa buraxılması Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə Sənada baş tutub.