Qara dənizdə göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib

Dünya

15.11.2026 - 21:17

Qara dənizdə göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə hücum edilib.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 15-nə keçən gecə Rumıniya sahillərində, Sulina limanının yaxınlığında baş verib.

PUA zərbəsi endirilən gəmidə ümumilikdə 14 ekipaj üzvü, o cümlədən bir Türkiyə vətəndaşı olub.

Xəsarət alan yoxdur. Ekipaj təxliyə olunmağı gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş