Şəhərə hücumda pilotsuz təyyarələr və raketlərdən istifadə olunub
İyunun 21-nə keçən gecə Rusiya hərbçiləri bu həftə ikinci dəfə Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinə kütləvi hücum edib.
AYNA.AZ xəbər verir ki, Poltava vilayət hərbi administrasiyasının rəhbəri Volodimir Koqutun “Telegram”da yazdığına görə, şənbə gecəsi Rusiya hücumunun hədəfi başqa obyektlərlə yanaşı, enerji obyektləri olub.
Şəhərə hücumda pilotsuz təyyarələr və raketlərdən istifadə olunub. Zərbələr nəticəsində dağıntılar qeydə alınıb, bir nəfər yaralanıb. Ümumilikdə şəhərdə 40-a yaxın partlayış səsi eşidilib.