İstanbul Erməni Patriarxlığının nümayəndələri Paşinyanla görüşə gəlməyiblər
Türkiyədə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Aqos” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Paşinyan İstanbulun erməni icmasının nümayəndələri ilə görüşündə bildirib ki, Türkiyə liderinin 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistana səfərui gözlənilir.
Bundan əvvəl “Aqos” qəzetinin redaktoru Baqrat Estukyan “Sputnik Armeniya”ya açıqlamasında İstanbul Erməni Patriarxlığının nümayəndələrinin Paşinyanla görüşə gəlmədiyini bildirib. Görüşdə icmanın dəvət olunmuş 50 nümayəndəsi iştirak edib.
Xatırladaq ki, iyunun 20-də Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə ilk işgüzar səfərini edib.