Fərhad Yalquzaq intihar edib

Xəbərlər

18.06.2025 - 10:42

cedabet dərman SEO Xidməti

Rəssamın Fərhad meyiti emalatxanada aşkarlanıb

52 yaşında vəfat edən rəssam Fərhad İsgəndərovun (Yalquzaq) meyiti emalatxanada aşkarlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Teleqraf-a rəssam Pəri Miniatür məlumat verib.

Onun sözlərinə görə, mərhum emalatxanada vəfat edib. Nəşi dostları tərəfindən tapılıb.

Rəssam Fərhad Yalquzağın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, bıçaqla özünə xəsarət yetirib və qanaxmadan ölüb.

Məlumata görə, iyunun 17-də saat 23 radələrində 1973-cü il təvəllüd Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib və o qanaxmadan vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Fərhad Yalquzaq bu gün Zabrat qəbiristanlığında anasının yanında torpağa tapşırılacaq.

Xatırladaq ki, rəssam 1973-cü ildə martın 14-də anadan olub. Sənətkarın yaradıcılığının əsasını avanqard üslub təşkil edib.

O, 2022-ci ildə “XAZART” simpoziumunda iştirak edərək texnika və yaradıcılıq prinsiplərini gənclərlə paylaşıb. “Muzey Mərkəzi”nin sərgilərində isə “Afrikalı şaman” (2009), “Bilyard ustası” (2010) və s. əsərləri yer alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş