Qanunvericilikdə bu müddət 3 ay nəzərdə tutulsa da, mayın sonundan əmanətlərin qaytarılmasına başlanılacaq
Bağlanan banklardakı əmanətlərin qaytarılmasına bu ayın sonundan başlanılacaq.
AYNA xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Baş bankir qeyd edib ki, qanunvericilikdə bu müddət 3 ay nəzərdə tutulsa da, mayın sonundan "Amrah Bank" və "Atabank"da qalan əmanətlərin qaytarılmasına başlanılacaq.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin edilib. Aprelin 28-də həmin banklardan ikisinin - “AtaBank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv olunub.