“Üç milyarder birləşib, hər bir azərbaycanlıya 34 min dollar pul paylaya bilər”

İqtisadiyyat

17.07.2019 - 16:38

Həkimlər Klinikalar SEO Xidməti

Natiq Cəfərli: “Bu əsrdə milli qürur top-tüfənglə, fiziki güclə ölçülmür”

 

“Dünyanın 3 ən zəngin adamı - “Amazon”un rəhbəri Ceff Bezos (125 milyard dollar), “Louis Vuitton Moet Hennessy” (LVMH) moda evinin sahibi Bernar Arno (108 milyard dollar) və “Microsoft İnc.”in sahibi və təsisçisi Bill Qeytsdir (107 milyard dollar). Azərbaycanın indiki büdcəsini nəzərə alsaq, Ceff Bezos ölkəni 10.5 il, Bernar Arno 9 il, Bill Qeyts isə 8.9 il saxlaya bilər. Hələ üçün birləşsə, hər bir Azərbaycan vətəndaşına 34000 dollar pul paylaya bilərlər”.

 

AYNA xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli öz “Facebook” səhifəsində paylaşım edib. O, hansı səbəbdən bu məlumatı paylaşdığını belə izah edib:

 

“Bunu nədən yazdım? Son günlər “milli qürur” söhbəti çox yayılıb, bu anlamı işlədənləri başa düşürəm, içdən gələn yanğını da anlayıram. Amma 21-ci əsrdə milli qürur ilk olaraq top-tüfənglə, fiziki güclə ölçülmür, müasir dünyada millətin qürur yeri demokratik seçkili institutlardır, ədalətli məhkəmə sistemidir, adambaşına düşən milli gəlirdir, yüksək təqaüddür, maaşdır, texnoloji istehsaldır, yüksək əlavə dəyəri olan məhsulların ixracıdır. Bütün bunlar olsa, o zaman top-tüfəng və güc tətbiq edib haqlı duruma düşmək də olur”.

Müəllif: Ayna.az