Hər bir vətəndaşa 5910 manat düşüb

İqtisadiyyat

16.10.2019 - 12:56

Həkimlər Klinikalar SEO Xidməti

Cari ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz artıb

 

2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 58464,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu barədə AYNA-ya Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 1,1 faiz artıb: “Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib”.

 

“İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,9 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3,0 faiz, sənayedə 2,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,3 faiz, digər xidmət sahələrində 2,2 faiz artıb, tikintidə isə 5,6 faiz azalıb. Əhalinin hər bir nəfərinə düşən ÜDM 5910,1 manata bərabər olub”, - deyə qurumdan qeyd olunub.

Müəllif: Ayna.az