"İndicə borc 37 trilyon dollar borcu keçdi. Nəyisə dəyişmək lazımdır"
ABŞ-ın dövlət borcu 37 trilyon dollar həddini keçib. 2025-ci il iyunun 20-də açıqlanan ABŞ “Debt Clock” monitorinq resursunun məlumatlarına görə, federal hökumətin borcu son on iki ayda 1,56 trilyon dollar artıb.
Maliyyə analitikləri proqnozlaşdırırlar ki, bu borc üzrə xalis faiz ödənişləri 2025-ci maliyyə ilində bir trilyon dollara çatacaq. Lakin bu məlumatların dərcindən dərhal sonra bazarlar ciddi reaksiya göstərməyib – nə fond indeksləri, nə də kriptovalyutalar əhəmiyyətli dalğalanmalar göstərməyib.
“Tesla” və “SpaceX”in qurucusu İlon Mask siyasi fəal Günter İqlmanın mesajını yenidən yayımlayaraq problemə diqqət çəkib.
"İndicə borc 37 trilyon dollar borcu keçdi. Nəyisə dəyişmək lazımdır", - sahibkarın dəstəklədiyi orijinal nəşrdə deyilir.