Vitkoff və Abbas Əraqçi böhrandan diplomatik çıxış yolu tapmağa çalışıblar
İsrailin İrana qarşı əməliyyatına başlamasından sonra ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Stov Vitkoff və İranın xarici işlər naziri Abbas Araqçi bir neçə dəfə telefonla danışıblar. AYNA.AZ xəbər verir ki, bu barədə üç mənbə “Reuters”ə bildirib.
Mənbələrin fikrincə, Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi böhrandan diplomatik çıxış yolu tapmağa çalışıblar.
Nazir bildirib ki, İran bombardman dayandırılmayana qədər danışıqlar masasına oturmayacaq. Eyni zamanda, Əraqçi Vitkoffa deyib ki, Vaşinqton İsrailə təzyiq etsə, Tehran "nüvə məsələsində çeviklik göstərə bilər".
Agentliyin həmsöhbətlərinin bildirdiyinə görə, danışıqlarda həmçinin ABŞ-ın İrandan kənarda uranın zənginləşdirilməsi üçün regional konsorsium yaratmaq təklifi də müzakirə edilib, İran bunu rədd edib.
Mənbələr əlavə edib ki, ilk telefon zəngi ziddiyyətli “qırmızı xətlər” üzərindən çıxılmaz vəziyyətdən çıxmaq üçün “yeni təkliflə çıxış edən Vaşinqtonun təşəbbüsü olub”. Onların sözlərinə görə, tərəflər sonuncu dəfə bu həftə əlaqə saxlayıblar.
Aprel ayından bəri nüvə sazişi üzrə beş raund dolayı danışıqlardan sonra qısa görüşlərdən başqa, Əraqçi və Vitkoff əvvəllər birbaşa əlaqə saxlamayıblar.
Əraqçi bu gün, iyunun 20-də Cenevrədə Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri, həmçinin Aİ diplomatiya rəhbəri Kaja Kallas ilə danışıqlar aparacaq. Əsas mövzu İranın nüvə proqramı olacaq.