İlin sonunadək azı 28 bunkerin və onlarla anbarın tikintisi planlaşdırılır
Estoniya ordusu Dövlət Müdafiə İnvestisiya Mərkəzi ilə birlikdə ölkənin cənub-şərqində - Rusiya ilə sərhəd yaxınlığında “Baltikyanı Müdafiə Xəttinin” bir hissəsinə çevriləcək müdafiə strukturlarının tikintisinə başlayıb.
AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, 2025-ci ildə müdafiə strukturlarının tikintisinə 4,4 milyon avroya yaxın vəsait ayrılıb.
Estoniya-Rusiya sərhədinin bəzi ərazilərində tank əleyhinə xəndəklər qazılır. İlin sonunadək azı 28 bunkerin və onlarla anbarın tikintisi planlaşdırılır.
Plana əsasən müdafiə xətti NATO-nun hərbi tələblərinə uyğun təchiz olunacaq. Sərhəddə 700 kilometrlik müdafiə xəttinin tikintisi üçün azı 2,5 milyard avro lazım olduğu bildirilir.