London İranın bombalanmasında iştirak etməyəcək

Dünya

20.06.2025 - 12:07

cedabet dərman SEO Xidməti

Britaniya ABŞ-a Dieqo Qarsiya bazasından istifadə etməyə icazə verəcək

Böyük Britaniya İranın mümkün bombalanmasında ABŞ-la birlikdə iştirak etmək niyyətində deyil. Lakin London Vaşinqtonun Hind okeanının mərkəzindəki eyniadlı adada yerləşən Dieqo Qarsiya birgə hərbi bazasından istifadəsinə mane olmayacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “İ” qəzeti (Daily Mail və General Trust media qrupunun bir hissəsi) mənbələrə istinadən məlumat yayıb.

Londonun İranın nüvə proqramı ətrafında yaranmış böhranın diplomatik yolla nizamlanmasına ümid bəslədiyi, eyni zamanda, ABŞ-ın İrana zərbə endirəcəyi təqdirdə müxtəlif hərəkət variantları hazırladığı qeyd edilir.

Nəşrin yazdığına görə, ən çox ehtimal olunan variant krallığın Vaşinqtonun Amerikanın “B-52 Stratofortress” strateji bombardmançılarının yerləşdiyi Dieqo Qarsiya adasındakı bazadan İranın nüvə obyektlərinin məhv edilməsinə yönəlmiş hava kampaniyası keçirmək üçün istifadəsinə razılıq verməsidir.

Britaniya İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Emili Tornberinin sözlərinə görə, Kral Hərbi Hava Qüvvələrinin İrana zərbə endirməsi beynəlxalq hüququ pozacaq: "Hücum olunarsa, özünüzü müdafiə etmək üçün güc tətbiq edə bilərsiniz. Həmçinin müttəfiqinizi müdafiə etmək üçün güc tətbiq edə bilərsiniz. Amma indi vəziyyətin belə olduğunu düşünmürəm, bu, uzanacaq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş