Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhərində vətəndaş qəbulu keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qəbulda Gəncə, Samux və Kəlbəcər sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qeyd edəkm ki, elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.