Tanınmış ilahiyyatçı icra hakimiyyətini məhkəməyə verib

Xəbərlər

13.11.2019 - 20:57

Elşad Miri: “Haqqımız olanı, alın tərimizin qarşılığını istəyirik”

 

Media Təqib Mərkəzinin (MTM) rəhbəri, ilahiyyatçı Elşad Miri Binəqədi Rayon İcra Hakimiyyətini (RİH) məhkməyə verib. Bu barədə AYNA-ya ilahiyyatçı özü məlumat verib.

 

Onun sözlərinə görə, Binəqədi RİH uzun müddətdir MTM-ə borcludur: “Xeyli vaxtdır şirkətimizə borcu olan və dəfələrlə müraciət etməyimizə baxmayaraq ödəniş etməyən Binəqədi Rayon İcra Hakimiyyətini məhkəməyə verdim. Borcları olmadığını iddia edən İcra Hakimiyyəti, ümid edirəm ki, faktlar qarşısında iş yoldaşlarımın haqqı olan, alın tərinin qarşılığını ödəyəcək”.

Ayna.az