Tramp və Zelenski G7 sammitində görüşəcək

Dünya

13.06.2026 - 23:16

ABŞ Prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski 15-17 iyun tarixlərində keçiriləcək G7  liderlərinin işgüzar görüşündə iştirak edəcəklər. Görüş Fransada keçiriləcək.

AYNA.AZ xəbər veeir ki, "Reuters" agentliyinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, hər iki tərəf ayrı-ayrı görüşlər keçirməyi və sammit çərçivəsinin kənarında Ukrayna, təhlükəsizlik və beynəlxalq gündəliyə diqqət yetirərək müzakirələrdə iştirak etməyi planlaşdırır.

AFP xəbər verir ki, Zelenski Kiyevə və müharibə vəziyyətinə əlavə dəstək məsələlərinin müzakirə olunacağı ayrıca G7 sessiyalarında iştirak etməyə dəvət olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş