“Ermənistan” bloku parlament seçkilərinin nəticələrinə etiraz edib

Dünya

12.06.2026 - 17:13

"Biz MSK-ya seçki nəticələrinin etibarsız hesab edilməsi üçün ərizə təqdim etdik"

İş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" bloku Mərkəzi Seçki Komissiyasına (MSK) 7 iyun parlament seçkilərinin nəticələrinin etibarsız elan edilməsi tələbi ilə ərizə təqdim edib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə blokun nümayəndəsi Aram Vardevanyan məlumat verib.

"Biz MSK-ya seçki nəticələrinin etibarsız hesab edilməsi üçün ərizə təqdim etdik", - deyə o bildirib.

O bu qərarın səbəbini qanun pozuntularının yalnız seçki günü deyil, həm də seçkiqabağı dövrdə qeydə alındığı ilə izah edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş