Braziliya Mərakeşlə üz-üzə gəlib: qalib müəyyənləşməyib
Futbol üzrə Dünya Çempionatında turnirin favoritlərindən hesab olunan Braziliya Mərakeşlə üz-üzə gəlib.
AYNA.AZ xəbər verir ki, Nyu-Cersi şəhərində keçirilən C qrupunun matçında qalib müəyyən olunmayıb - 1:1.
Afrika çempionlarının heyətində 21-ci dəqiqədə İsmael Saibari fərqlənib. "Sambaçılar"ın bərabərlik qolunu isə 32-ci dəqiqədə Vinisius vurub.
Qeyd edək ki, bu qrupun digər oyunu saat 05:00-da Haiti və Şotlandiya komandaları arasında keçiriləcək.