Alkantara özünütəcrid rejimində qalacaq
İngiltərə "Liverpul"unun futbolçusu Tyaqo Alkantara koronavirusa yoluxub.
AYNA-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi tibbi tövsiyələrə uyğun olaraq karantinə göndərilib.
"Qırmızılar" gələcəkdə də COVID-19 ilə əlaqədar bütün protokollara əməl etməyi planlaşdırır. Alkantaranın özünütəcrid rejimində lazım olduğu qədər qalacağı vurğulanıb.
Qeyd edək ki, Tyaqo Alkantara "Liverpul"a sentyabrın 18-də Almaniya "Bavariya"sından 20 milyon avroya keçib.