Teymur Rəcəbov Aronyana qalib gəldi

İdman

22.06.2021 - 20:32

Blits qarşılaşması 34 yaşlı qrossmeysterin qələbəsi ilə başa çatıb

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla növbəti görüşünü keçirib.

 

AYNA-nın məlumatına görə, XVII tura təsadüf edən blits qarşılaşması 34 yaşlı qrossmeysterin qələbəsi ilə başa çatıb.

 

Qara fiqurlarla oynayan Rəcəbov 30-cu gedişdə rəqibini təslim olmağa məcbur edib.

Müəllif: Ayna.az