“Bloomberg”: Avropa ABŞ-dan gələn hərbi resurslarının azaldılmasına hazırlaşır

Dünya

13.06.2026 - 21:05

Avropa ölkələri hazırda ABŞ-ın köməyi olmadan hərbi əməliyyatların necə aparılacağını müzakirə edirlər

Avropa ABŞ-dan gələn həırbi yardımın kəskin şəkildə azaldılmasına hazırlaşır. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, müzakirə Ağ Evin müharibə və ya böhran zamanı Avropaya göndərə biləcəyi "hərbi resurslar"la bağlıdır. ABŞ-ın potensial yardımları arasında Avropanın sadəcə əvəzedicisi olmayan hərbi avadanlıqlar da var.

Mənbənin açıqlamasına görə, ixtisarlar Avropa ölkələrində olmayan strateji bombardmançı təyyarələrin 30 faizini, eləcə də kəşfiyyat və hücum pilotsuz uçuş aparatlarının (PUA) 75-100 faizini və dəniz gəmilərinin təxminən 50 faizini əhatə edə bilər.

Nəşr həmçinin yazıb ki, Avropa ölkələri hazırda ABŞ-ın köməyi olmadan hərbi əməliyyatların necə aparılacağını müzakirə edirlər. Resursların azaldılması üçün vaxt çərçivəsi hazırda məlum deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş