İran daha bir gəmini ələ keçirib

Dünya

05.08.2019 - 17:00

Gəminin hansı ölkəyə aid olduğu haqqında məlumat yoxdur

 

Keçən ay İngiltərəyə məxsus iki tankeri ələ keçirən İran oxşar hadisə ilə günədəmə gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, İran Fars körfəzində 700.000 litr yanacaq daşıyan gəmini ələ keçirib.

 

Yanacağın oğurlanması səbəbi ilə ələ keçirilən gəmidə yeddi dənizçinin nəzarətə götürüldüyü bildirilir.

 

İran İnqilab keşikçilərinin açıqlamasına görə, tanker ərəb dövlətlərinə benzin qaçırdığı üçün nəzarətə götürülüb.

 

Gəminin hansı ölkəyə aid olduğu haqqında məlumatın olmadığı deyilir.

Müəllif: Ayna.az