Ukrayna və Moldovanın Aİ-yə qəbul danışıqları başlayacaq

Dünya

13.06.2026 - 18:13

Avropa Şurasının sədri və Avropa Komissiyasının sədri birgə bəyanat verib

Ukrayna və Moldovanın Aİ-yə qəbul şərtləri üzrə ilk danışıqlar qrupu 15 iyun bazar ertəsi günü açılacaq. Bütün Aİ üzv dövlətləri buna razılıq veriblər. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa Şurasının sədri António Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin birgə bəyanatında qeyd olunub.

Bəyanatda deyilir: "Bütün üzv dövlətlər Ukrayna və Moldova ilə ilk üzvlük danışıqlar qrupu açmaq barədə razılığa gəliblər. Bazar ertəsi günü keçiriləcək ilk hökumətlərarası konfransda fundamental məsələlər - üzvlük prosesinin əsasları üzrə qrup açacağıq".

Qeyd olunub ki, bu qrup, xüsusən də Aİ-nin əsas dəyərləri və prinsipləri məsələlərini - qanunun aliliyindən demokratik institutlara qədər əhatə edir.

"Genişlənmə strateji seçimdir. Ölkələrimizi bir-birinə yaxınlaşdıraraq, qitəmizdə sülhü, təhlükəsizliyi və rifahı gücləndiririk. Artan qeyri-müəyyənliklə xarakterizə olunan bir dünyada genişlənmiş Avropa İttifaqı bizim ümumi maraqlarımıza uyğundur", - deyə bəyanatda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş